Şrift:
Cəmil Çiçək: Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi Dağlıq Qarabağ probleminin həllindən asılıdır
14.12.2012 [16:32] - Gündəm, Siyasət
Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək Ankara Yerevan münasibətlərinin Dağlıq Qarabağ probleminin həllindən asılı olduğunu bildirib.Bu barədə Türkiyənin "Kanal B" telekanalı məlumat verib.

"Dağlıq Qarabağ problemi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasına əngəl yaradır. Azərbaycanın haqlı davasını dəstəkləmək bundan sonra da Türkiyənin xarici siyasətində prioritet mövzulardan biri olacaq", - Çiçək bildirib.

TBMM sədri deyib ki, beynəlxalq hüquq təşkilatlarının Dağlıq qarabağ münaqişəsi nəticəsində məcburi köçkünlərin hüquqlarına biganə yanaşması təəssüf doğurur.
Bu xəbər oxucular tərəfindən 1172 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed