Şrift:
Sanksiyaya məruz qoyulan İran rəsmiləri və şirkətlərinin adları bəlli olub
15.12.2012 [11:23] - Güney Azərbaycan xəbərləri, Siyasət
Sanksiyaya məruz qoyulan İran rəsmiləri və şirkətlərinin adları bəlli olub

ABŞ Maliyyə Nazirliyinin dekabrın 13-də sanksiyaya məruz qoyduğu 5 İran rəsmisinin və 7 İran şirkətinin adları açıqlanıb.

İranın nüvə proqramının inkişafına yardım göstərdikləri üçün ABŞ Maliyyə Nazirliyinin sanksiyasına məruz qoyulan İran rəsmiləri bunlardır: İran Atom Enerjisi Təşkilatının rəisi Firudin Abbasi, həmin qurumun inkişaf etmiş texnologiyalar bölməsinin rəhbəri Cabir Səfdəri, Uranı Zənginləşdirmə Şirkətinin icraçı direktoru Murtuza Əhmədəli Behzad, “Surə” adına Nüvə Reaktor Yanacağı Şirkətinin keçmiş direktoru Məhəmmədrza Rizvanizadə və həmin şirkətin əməkdaşı Əmirhüseyn Rəhimyar.

Nazirliyin sanksiya qoyduğu 7 İran şirkətinin adları isə belədir: “İran Puya”, “Ariya Nikan”, Puya Kontrol”, “Fəratək”, “Neda Sənaye Qrupu”, “Plan və süzgəcdən keçirmə” və “Kəsmə Alətləri İstehsalı” (Taba).

Dekabrın 13-də ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Noland jurnalistlərə açıqlamasında İrana qarşı yeni sanksiyalardan danışıb: “Bu şirkətlər və şəxslər İran hakimiyyətinə uranı zənginləşdirmək, ağır su reaktoru istehsalı üçün mallar, texnologiyalar və xidmətlər təqdim edib. Həmin şirkətlər və şəxslər BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozublar”.
Bu xəbər oxucular tərəfindən 1169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed