Şrift:
"Kayserispor" doğma meydanda "Qalatasaray"ı darmadağın edib
23.09.2021 [10:16] - Gündəm, İdman
Sentyabrın 22-də futbol üzrə Türkiyə çempionatının VI turu çərçivəsində "Kayserispor" doğma meydanda "Qalatasaray"ı qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri İstanbul təmsilçisinin qapısından üç cavabsız top keçirib. Kayseri klubunun heyətində Baba Tiam (39, 53) və Emrah Bassan (45) fərqlənib.

Günün digər matçında "Qaziantep" öz meydanında "Başakşəhər"i minimal hesabla udub - 1:0. "Hatayspor" isə səfərdə "Göztəpə"ni 2:0 hesabı ilə üstələyib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 14 xalla "Beşiktaş" başçılıq edir. Ondan bir xal geri olan "Hatayspor" və "Trabzonspor" klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.
Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed