Şrift:
Türkiyənin “ENKA Renewables” törəmə şirkəti Gürcüstan dövləti ilə bağladığı 800 milyonluq müqaviləni ləğv edib
23.09.2021 [10:17] - Xəbərlər, İqtisadiyyat
Türkiyənin “ENKA İnşaat” şirkətinin törəməsi “ENKA Renewables” Gürcüstan dövləti ilə bağladığı və ümumi dəyəri 800 milyon dollar olan müqaviləni ləğv edib.

Bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, şirkətin kaskad tipli 460 meqavatt gücə malik Namaxvani SES-in tikintisi ilə bağlı müqaviləni ləğv edib.

Məlumata əsasən, buna səbəb nəzərdə tutulmuş şərtlərin pozulması və fors-major hallardır.

SES-in tikintisi üzrə müqavilə 2019-cu ilin aprelin 25-də imzalanıb, inşaat işlərinə 2020-ci ilin yayında başlanılıb.

Tikinti işlərinin 2024-cü ilin II yarısında başa çatdırılması gözlənilirdi. Layihənin ümumi investisiya dəyəri 800 milyon ABŞ dolları təşkil edib.

SES-in inşasına etiraz olaraq Kutaisi və Tbilisi şəhərlərində bir sıra kütləvi aksiyalar keçirilib.
Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed