Şrift:
Xamneyi Azərbaycanı təhdid etdi: “Tezlikcə şillə yeyəcəklər”
04.10.2021 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İki ölkə arasındakı əlaqələrə, eləcə də İranla Azərbaycan sərhəd məntəqələrində yaşanan gərginliyə toxunan Xamneyi deyib ki, qonşu ölkə (yəni Azərbaycan) İsrailin bu məntəqəyə gəlməsinə imkan verməməlidir.

“Hesab edirik ki, ölkənin şimal-qərb məntəqəsində və bəzi qonşu ölkələrdə cərəyan edən olaylar, əcnəbilərin burada mövcudluğuna icazə verməmək məntiqi ilə həll edilməlidir.

Ölkənin şimal-qərb məntəqəsi ilə bağlı məsələlərdə bizim ölkə və silahlı qüvvələrimiz rasionallıqla davranırlar. Yaxşısı budur ki, başqaları da rasionallığa əməl edərək bu bölgədə problem yaranmasına imkan verməsinlər. Hamı bilsin ki, hər kəs öz qardaşlarına quyu qazsa, birinci özü bu quyuya düşəcək.

Başqalarına söykənmək və ya güvənmək illüziyasında olanlar və bu yolla öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər bilsinlər ki, tezlikcə bunun şilləsini yeyəcəklər”, -deyə İran İslam Respublikasının rəhbəri axund Əli Xamneyi bildirib.

Qeyd edək ki, son günlər İran parlamentinin bir sıra deputatları və digər yüksək vəzifəli şəxsləri Azərbaycan Respublikasına və onun rəhbərliyinə qarşı təhdid və təhqir dolu sərsəm ifadələr səsləndiriblər.
Bu xəbər oxucular tərəfindən 909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed