Şrift:
Həbsdə olan milli fəal Məsud Hüseynzadədən yeni xəbər
20.12.2012 [10:37] - Güney Azərbaycan xəbərləri
Bir neçə gün öncə azərbaycanlı fəal Məsud Hüseynzadə zindan məsullarının əlaltıları tərəfindən döyülmüşdür.
Azərbaycanlı fəal dekabrın 15-də (azərin 25-də) onunla dava edənlərə qarşı şikayət etmişdir. Məlumata görə, Hüseynzadə şikayəti ilə əlaqədar Təbriz zindanının təhlükəsizlik bölümünə çağırılıb. Azərbaycanlı fəal, onunla haqsız yerə dava edənləri başqa bir bölümə köçürəcəkləri təqdirdə, öz şikayətini geri götürəcəyini bildirib. Təhlükəsizlik məsulları isə onun tələbi ilə razılaşıblar və yaxın günlərdə sözü gedən şəxsləri başqa bölümə göndərəcəklərinə söz veriblər.
Bu xəbər oxucular tərəfindən 1002 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed