Şrift:
"Qarabağ"ın qrupdakı əsas rəqibi "Bazel" qələbə qazanıb
22.10.2021 [10:02] - Gündəm, İdman
UEFA Konfrans Liqasının qrup mərhələsində III tura yekun vurulub.

"Qarabağ"ın yer aldığı H qrupunun digər oyununda "Bazel" İsveçrədə Kiprin "Omoniya" komandasını sınağa çəkib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qalibiyyətdən sonra xallarını 7-yə çatdıran "Bazel" ilk pilləyə yüksəlib. "Qarabağ"la eyni xala malik komanda yalnız topların nisbətinə görə Ağdam təmsilçisini qabaqlayır. "Omoniya" isə 1 xalla sonuncu sırada qalıb.

Xatırladaq ki, Azərbaycan təmsilçisi “Qarabağ” öz meydanında Qazaxıstanın “Kayrat” komandasını son dəqiqələrdə vurduğu qolla məğlub edib - 2:1. Komandalar fasiləyə qonaqların minimal hesabla (1:0) üstünlüyü ilə yollanıblar.

"Qarabağ" növbəti turda səfərdə "Kayrat"la, "Bazel" isə "Omoniya" ilə qarşılaşacaq. Hər iki qrup lideri qələbə qazanacağı təqdirdə pley-off mərhələsinə vəsiqə qazanacaq. Oyunlar noyabrın 4-də təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed