Şrift:
Samux rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılıb
03.11.2021 [09:40] - Gündəm, Gənclik
Gənclər Fondu tərəfindən şəhər və rayon mərkəzlərindən kənarda, xüsusilə də ucqar kəndlərdə yaşayan gənclər üçün həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi Samux rayonunda baş tutub.

Layihənin məqsədi gənclər evləri, gənclərin inkişaf və karyera mərkəzləri və digər sosial-xidmət müəssisələrinə gələ bilməyən gənclərə dövlət tərəfindən yaradılan imkan və xidmətləri yaxın etməkdən ibarətdir. Belə ki, peşəkar təlimçi, gənc həkim, müəllim, psixoloq və bloqerlərdən ibarət qrup ucqar kəndlərə səyahət edərək, orada yerli gənclər üçün gün ərzində müxtəlif tədbirlər keçirib, xidmətlər göstəriblər.

Səfər zamanı gənclərə könüllülük, ixtisas seçimi, xarici dil, ünsiyyət, natiqlik və digər mövzularda qrup təlimləri keçirilib. Bununla yanaşı, həkimlər tərəfindən gənclərin tibbi müayinədən keçirilməsi təşkil olunub. Layihənin əyləncəli hissəsində gənclərə öz istedadlarını nümayiş etdirmək üçün meydan verilib, fərqlənən gənclər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi Samux rayonunun Sərkar, Ziyadlı, Qarayeri, Alabaşlı, Seyidlər, Qovlarsarı, Füzuli kəndlərindən olan minədək gənci əhatə edib.
Bu xəbər oxucular tərəfindən 974 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed