Şrift:
"Düşünürük ki, özlərini "Demokratiyanın beşiyi" adlandıran bu Super Dövlət artıq öz "Ayıbı"nı etiraf edir."
24.12.2012 [00:49] - Xəbərlər, Siyasət
Bu gün Sosial Hüquqların Monitorinq Qrupunun mətbuat xidmətindən Davam.az-a verilən məlumata görə bu gün SHMQ ermənipərəst, və hər zaman anti Azərbaycan təbliğatı aparan, 1992-ci ildə “907-ci maddəyə düzəlişin” Amerika Konqresində qəbul olunmasında “əvəzolunmaz xidmətləri” olmuş Con Kerrinin Amerika Dövlətinə rəhbər vəzifəyə gətirilməsi xəbəri və Amerikanın Ölkəmizdəki səfirinin SHMQ-nin rəsmi müraciətlərinə cavab verməməsi ilə bağlı toplantı keçirmiş və Qrupun koordinatoru Azad İskəndərli sərt Bəyanat vermişdir.

Bəyanatda deyilir: “Amerika səfirliyinə "907-ci maddəyə yox deyək" adlı kompaniyaya start verdiyimiz gündən 2 dəfə rəsmi müraciət etməyimizə baxmayaraq bizi qəbul etmir. Şəxsən Səfirin adına 2 dəfə məktub göndərmişik. Düşünürük ki, özlərini "Demokratiyanın beşiyi" adlandıran bu Super Dövlət artıq öz "Ayıbı"nı etiraf edir. Amma Millətimizə və Dövlətimizə qarşı aparılan bu ikili standartlar davam etməkdədir. Hətta "907-ci maddəyə düzəliş"in bilavasitə ssenarisini yazmış olan , onun Konqresdə qəbul edilməsində böyük xidmətləri olmuş Con Kerrini indi Amerika Dövləti böyük bir vəzifəyə, Dövlət katibi vəzifəsinə gətirmək istəyir. Hesab edirəm ki, Con Kerrinin yenidən vəzifəyə gətirilməsində erməni lobbisinin mühüm rolu var. Ona görə də bizim apardığımız bu kompaniyaya hər kəs dəstək verməlidir. Biz , ölkə ictimaiyyəti olaraq ortaya kəskin bir mövqe qoymalıyıq. Biz , Sosial Hüquqların Monitorinq Qrupu olaraq Amerika Dövlətini bu ikili standartlara son qoymağa çağırırıq və "907-ci maddəyə düzəliş"in ləğvini tələb edirik. Con Kerrinin bu gün Amerika Dövlət strukturuna vəzifəyə gətirilməsinə qəti olaraq etiraz edirik. Biz Azərbaycan İctimaiyyəti olaraq məsələ ilə bağlı təpkilərimizi daha da ciddiləşdirəcək və Beynəlxalq Kompaniyaya başlayacağıq.!” Və toplantının sonunda Azad İskəndərli bu kompaniyaya qoşulmaq üçün bütün Türk dünyasına və Azərbaycan diaspora Təşkilatlarına səslənərək onları bu qonuda Birlik nümayiş etdirməyə çağırmışdır. Və İnsan Hüquq və Azadlıqlarına hörmətlə yanaşmağı özünə prioritet kimi qəbul edən Avropa Dövlətlərini mövcud problemə münasibət bildirməyiə dəvət etmişdir.
Bu xəbər oxucular tərəfindən 1082 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed