Şrift:
Diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək
03.12.2021 [10:46] - Gündəm, Bildiriş
Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyi ilə birgə diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün 2022-ci il yanvarın 23-də test imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında dekabrın 23-ü saat 10:00-dan 2022-ci il yanvarın 12-si saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Qeyd edək ki, DİM tərəfindən dekabrın 26-da xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı DİM-in internet portalında dekabrın 8-i saat 10:00-dan dekabrın 19-u saat 18:00-dək həyata keçiriləcək. Sinaq imtahanı üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Namizədlər DİM-in saytında qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.
Bu xəbər oxucular tərəfindən 2916 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed