Şrift:
Qərbi Balkan regionunda yoxsulluq səviyyəsinin ən yüksək olduğu ölkələr açıqlanıb
10.12.2021 [09:31] - Gündəm, Sosial
Beynəlxalq Valyuta Fondu (IMF) Qərbi Balkan regionunda yoxsulluq səviyyəsinin ən yüksək olduğu ölkələri açıqlayıb.

Dünya Bankının məlumatlarını əsas götürən IMF-yə görə, 2020-ci ildə Monteneqroda yoxsulluq səviyyəsi əvvəlki illə müqayisədə 14,5 faizdən 20 faizə yüksəlib. Serbiyada bu göstərici pandemiyadan əvvəlki səviyyə ilə müqayisədə (17,3 faiz) 17,4 faiz təşkil etməklə demək olar ki, dəyişməz qalıb. Bosniya və Herseqovina ilə bağlı isə heç bir məlumat yoxdur.

Beynəlxalq Valyuta Fonduna görə, güclü iqtisadi canlanma və hökumətlərin həyata keçirdiyi tədbirlər sayəsində cari ildə yoxsulluq səviyyəsi pandemiyadan əvvəlki göstəricidən aşağı düşəcək.

Albaniya regionda yoxsulluq səviyyəsinin ən yüksək (32,6 faiz) olduğu ölkədir. Bu ölkədə əhalinin təxminən üçdəbiri yoxsulluq səviyyəsindən aşağıda yaşayır. Ötən il Kosovoda yoxsulluq səviyyəsi 23,4 faiz, Şimali Makedoniyada isə 18 faiz olub.
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed