Şrift:
Beyləqanda şəhidlərin xatirəsinə tikilən bulağın açılışı olub
10.12.2021 [09:58] - Xəbərlər, Sosial
Beyləqan rayonu Təzəkənd kəndində şəhid Ruslan Yunislinin xatirəsinə Şəhidlər bulağının açılışı olub. Bulaq kompleksində Ruslanla bərabər, Təzəkənd kəndinin Birinci və İkinci Qarabağ döyüşlərində şəhid olan qəhrəmanlarının da xatirəsi yer alıb.

Şəhidlər bulağının açılışında rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, məktəblilər kənd ictimaiyyəti iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları Təzəkənd kəndində yerləşən Şəhidlər xiyabanına gələrək şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib və ruhuna dualar oxuyublar. Daha sonra kənd mərkəzində inşa edilən Şəhidlər bulağının açılışı olub. Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla anılıb.

Çıxış edənlər 44 günlük Zəfər yürüşündə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan oğulların döyüş yolundan danışılıb. Bildirilib ki, belə qəhrəmanlardan biri də Yunisli Ruslan Elçin oğludur. O 1996-cı ildə Beyləqan rayonu Təzəkənd kəndində dünyaya göz açıb. Uşaqlıq illərindən vətənə olan sevgisi ilə seçilən Ruslanın digər iki qardaşı da hərbçi olub və döyüşdə iştirak edib. Ruslan iyul hadisələrində könüllü olaraq səfərbərlik xidmətinə müraciət edib. Vətən müharibəsində isə ilk döyüşə atılanlar sırasında yer alıb. Cəbhənin yarılmasında iştirak edən və ilk qələbə xəbərinin müjdəçilərindən biri də Ruslan olub. Digər çıxış edən şəhid ailələri də qəhrəman şəhidlərimizin əbədi xatirəsindən söhbət açıblar. Qeyd edilib ki, Beyləqan rayonu Təzəkənd kəndindən Vətən müharibəsində 11 qəhrəman canını fəda edərək şəhidlik zirvəsinə ucalıb. Həmçinin kənddən Birinci Qarabağ döyüşləri zamanı 9 nəfərin şəhid olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, bu abidə də hər iki müharibənin şəhidlərinin xatirəsi öz əksini tapırsa, bu şəhidlərin ölməzliyinin bariz nümunəsidir.
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed