Şrift:
Ağsuda Ulu Öndərin xatirəsi ehtiramla yad olunub
13.12.2021 [09:36] - Xəbərlər, Sosial
Dekabrın 12-də Ağsuda ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ehtiramla yad edilib.

Rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Heydər Əliyev adına parka gələrək Ulu Öndərin abidəsini ziyarət edib, heykəli önünə tər qərənfillər düzüblər.

Sonra tədbir iştirakçıları rayondakı Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoguşələrə baxıblar. Dahi rəhbərə həsr olunan filmi izləyiblər.

Anım tədbirində görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışılıb. Qeyd olunub ki, Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi müddətdə Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından məharətlə çıxarıb, ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün məqsədyönlü addımlar atıb. Bu gün regionun ən qüdrətli ölkəsi kimi tanınan Azərbaycan, məhz Ulu Öndərin öz xalqına bəxş etdiyi böyük sərvətdir.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed