Şrift:
Əlizadə Nəcəfov: Xoşbəxtəm ki, Heydər Əliyevlə görüşmüşəm, onunla bağlı xatirələrim var
13.12.2021 [09:48] - Xəbərlər, Sosial
Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev 18 ildir ki, cismən bizimlə deyil. Amma onun ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərində ucalıb. Onun ideyaları, tövsiyələri, tapşırıqları, qəbul etdiyi qərar və sərəncamlar Azərbaycanın inkişafında əsas təməl prinsiplərini təşkil edir. Bu gün respublikada həyatın bütün sahələrində qazanılan uğurların təməlində Heydər Əliyev ideyaları, onun müdrik strategiyası dayanır.

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov söyləyib.

Ə.Nəcəfov əbədiyaşar lider Heydər Əliyevlə bağlı xatirələrindən də danışıb, dahi şəxsiyyətlə üç dəfə görüşdüyünü bildirib: “Mən ulu öndər Heydər Əliyevlə üç dəfə görüşmək xoşbəxtliyinə nail olmuşam. Dahi rəhbərlə ilk görüşümüz 1979-cu ildə Bakı Dövlət Universitetinin ikinci korpusunun açılışı zamanı oldu. Mən o zaman komsomolda katib idim və adlı təqaüdçü idim. Heydər Əliyev bina ilə tanış olandan sonra tələbələrlə görüşdü, təhsilimizlə maraqlandı. Ulu Öndərlə ikinci dəfə 1982-ci ilin yanvarın 14-də Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışında görüşdüm. Çox möhkəm yaddaşı var idi. Məni görən kimi tanıdı, “buradasan komsomol?” - dedi. Heydər Əliyevlə üçüncü görüşümüz də elə həmin ilin iyul ayında Şuşada Vaqif Poeziya Günlərində oldu. O, poeziya günlərində iştirak etmək üçün ailəsi ilə birlikdə gəlmişdi. Mən özümü xoşbəxt hesab edirəm ki, Heydər Əliyevlə görüşmüşəm. Onunla bağlı xatirələrim var”.
Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed