Şrift:
Baxşəli Baxşəlisoy: Ümummilli Liderin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlər əvəzsizdir
13.12.2021 [09:56] - Gündəm, Sosial
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərin həcmi həddindən çox böyükdür. Dahi şəxsiyyət mənalı həyatını, zəngin fəaliyyətini ölkəmizin inkişafına sərf edib. Məhz bu müdrik şəxsiyyətin yürütdüyü siyasət nəticəsində cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil və suveren Azərbaycan Respublikası həyata vəsiqə alıb. Biz çox xoşbəxtik ki, bu ölkənin vətəndaşlarıyıq. Biz Ulu Öndəri qürurla anırıq.

Bu fikirləri açıqlamasında Bakı sakini Baxşəli Baxşəlisoy söyləyib.

Ulu Öndərin dahi şəxsiyyət olduğunu və hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu qeyd edən Bakı sakini bildirib ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə də, Moskvada işlədiyi müddətdə də hər zaman respublikamızın, xalqımızın taleyini düşünüb, narahat olub: “Ulu Öndər həmişə Azərbaycanı kəm gözlərdən, məkrli qüvvələrdən qorumağa çalışırdı. Ermənilər yaxşı bilirdilər ki, Heydər Əliyev varkən, ölkəmizə heç nə edə bilməzlər”.

B.Baxşəlisoy vurğulayıb ki, hər bir vətəndaşımız azərbaycanlı olmağı ilə fəxr edir: “Biz müstəqil və ərazi bütövlüyünü qanı, canı ilə azad edən ölkənin vətəndaşlarıyıq. Xoşbəxtik ki, Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev “qara bulud”ları xalqımızın üstündən götürdü. Biz qalib gəldik və bu gün doğma Qarabağımızda bərpa işləri aparırıq. Tezliklə insanlarımız öz yurdlarına dönəcəklər”.
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed