Şrift:
Qazaxıstan paytaxtında “Nizamini oxuyaq” kitab-albomun və fotosərginin təqdimatı olub
14.12.2021 [10:26] - Xəbərlər, Sosial
Qazaxıstan Birinci Prezidenti - Elbası Kitabxanasında “Nizamini oxuyaq” kitab-albomunun təqdimatı və eyniadlı fotosərginin açılışı olacaq.

Tədbir Qazaxıstan Birinci Prezidenti - Elbası Kitabxanası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı “TÜRKSOY”un təşkilatçılığı ilə keçiriləcək.

Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar TÜRKSOY tərəfindən türk dünyası rəssamlarının Nizaminin əsərlərinə çəkdiyi rəsm əsərləri və miniatürlərindən ibarət ingilis dilində “Nizamini oxuyaq” kitab- albomu nəşr etmişdir.

Xatırladaq ki, adıçəkilən “Nizamini oxumaq” kitab-albomun və eyniadlı fotosərginin ilk təqdimatı cari il noyabrın 22- də Bakıda, dekabrın 8-də isə Bişkekdə keçirilib
Bu xəbər oxucular tərəfindən 586 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed