Şrift:
“Gənclərə dəstək” layihəsinin həyata keçirilməsinin beşilliyi ilə əlaqədar Tbilisidə konsert proqramı təşkil olunub
16.12.2021 [09:59] - Gündəm, Sosial
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin həyata keçirilməsinin 5 ili tamam olur.

Bu münasibətlə Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində konsert təşkil olunub.

Əvvəlcə “Gənclərə dəstək” layihəsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu cür layihələr gənclərin musiqiyə, incəsənətə marağının artırılması, mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonra musiqi nömrələri təqdim olunub.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed