Şrift:
Tacikistan portalı ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı material verib
16.12.2021 [10:08] - Xəbərlər, Sosial
Tacikistanın “faraj.tj” portalı ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı öz səhifəsində tacik dilində geniş material yerləşdirib.

Məqalədə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı oxuculara ətraflı məlumat verilir.

Bildirilir ki, bu böyük siyasətçinin 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövr ölkə tarixinə siyasi, iqtisadi, mədəni və mənəvi dirçəliş illəri kimi daxil olub.

Materialda deyilir ki, müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz müdrik siyasəti sayəsində milli dövlətçilik ideyasını həyata keçirib. Heydər Əliyevin fəaliyyətinin nəticəsi olaraq Azərbaycan öz geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü yaradıb, ölkə dünyanın dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.

Məqalədə bildirilir ki, o illərdə dövlət həyatının bütün sahələrində canlanma yaranıb, qısa zamanda ölkə böyük inkişaf yolu keçib. Azərbaycana rəhbərlik etdiyi və böyük siyasətdə olduğu dövrdə Ulu Öndər xalqın həyatında tarixi rol oynayıb.

Yazıda 44 günlük Vətən müharibəsi haqqında da məlumat verilir, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunduğu bildirilir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev müharibə başa çatdıqdan sonra deyib: “Dəmir yumruq bizim birliyimizin simvoludur. Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bu birlik həmişə belə olacaq. Bu birlik bizə imkan verir ki, gələcəkdə qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirək”.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed