Şrift:
Respublika fənn olimpiadalarına elektron qeydiyyat bu gün yekunlaşır
20.12.2021 [10:28] - Gündəm, Bildiriş
Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi bu gün yekunlaşır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlər portal.edu.az platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

Dekabrın 25-dən 30-dək olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi, 2022-ci il yanvarın 5-dən 10-dək isə buraxılış vərəqələrinin yüklənməsi prosesi həyata keçiriləcək.

IX, X və XI sinif şagirdlərini əhatə edən bu elm yarışında xüsusi istedada malik 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir. Onların qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçirilir. Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin 2022-ci ilin yanvar ayının ikinci yarısında keçirilməsi planlaşdırılıb.
Bu xəbər oxucular tərəfindən 2410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed