Şrift:
Gənc Tamaşaçılar Teatrının aktyoru vəfat edib
21.12.2021 [09:31] - Gündəm, Bildiriş
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elşən Çarxanlı (Şirəliyev) vəfat edib.

Bu barədə teatrdan bildirilib.

Qeyd edək ki, Elşən Çarxanlı 1962-ci il oktyabrın 2-də Bakıda anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Dram və kino aktyoru” fakültəsini bitirib. Elə həmin il Sumqayıt Dövlət Dram Teatrında işə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb.

2009-cu ildən Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərib. Gənc tamaşaçılar teatrında işlədiyi illər ərzində 50-yə yaxın tamaşada rol alıb. Aktyor tamaşaçılara film və seriallardakı rolları ilə də yaxşı tanışdır.

Allah rəhmət eləsin!
Bu xəbər oxucular tərəfindən 2792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed