Şrift:
Xızıda şəhid övladları üçün yeni il tamaşası nümayiş etdirilib
22.12.2021 [10:19] - Gündəm, Sosial
Xızı rayon Heydər Əliyev Mərkəzində "Günəşim" kukla teatrının "Tıq-tıq xanım" tamaşası nümayiş olunub. Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xızı rayon Cəfər Cabbarlı adına mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşan tamaşaya Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları dəvət olunub.

İdarədən bildirilib ki, tamaşa balaca fidanların razılıq və sevinc dolu alqışları ilə qarşılanıb. Yeni il ərəfəsində keçirilən tamaşaya bayram personajlarından olan Şaxta baba da qoşularaq, uşaqları öz təbrikləri və rəqsləri ilə sevindirib.

Uşaqların asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün zənginləşməsi məqsədilə keçirilən tamaşada nağıl qəhrəmanları: tıq-tıq xanım, çoban, siçan, tülkü, eyni zamanda, Şaxta babanın maraqlı söhbəti, onların əyləncəli vaxt keçirməsinə səbəb olub.

Mədəniyyət Mərkəzinin direktoru Aynur Əliyeva gələcəkdə də bu cür layihələrin hazırlanmasını və bu qəbildən olan tamaşaların digər kənd və qəsəbələrdə nümayişinin nəzərdə tutulduğun qeyd edib. Rayonda nümayiş olunmuş tamaşa ictimaiyyət arasında xüsusi marağa səbəb olub.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed