Şrift:
“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi Qrupunun görüşü keçiriləcək
22.12.2021 [10:20] - Gündəm, İqtisadiyyat
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi Qrupunun noyabrın 23-də “Webex” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

Mərkəzi Bankdan bildirilib ki, iclasda İşçi Qrupun əvvəlki iclasının protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumatın verilməsi, İşçi Qrupun 2021-ci il üzrə fəaliyyətinin yekunları və Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyətinin müzakirəsi və İşçi Qrupun 2022-ci il üçün Fəaliyyət Planının yekun layihəsinin müzakirəsi həyata keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed