Şrift:
On bir ayda kartlar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 9,6 milyard manat olub
22.12.2021 [10:53] - Gündəm, İqtisadiyyat
Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 11 ayı ilə müqayisədə 78,7 faiz artıb

Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, 2021-ci ilin 11 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9 milyard 668 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 132 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3 milyard 501 milyon manatı POS-terminallar, 34 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34,8 faizini təşkil edib.
Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed