Şrift:
Gəncədə genişmiqyaslı iməcilik keçirilib
27.12.2021 [10:02] - Gündəm, Sosial
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəti dəfə iməcilik və ağacəkmə aksiyası təşkil olunub. Aksiya Gəncəçay çayının məcrası və sol sahilini, habelə şəhərin digər ərazilərini əhatə edib. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik və Yaşıllaşdırma şöbələrinin əməkdaşları səhər saatlarından başlayaraq genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçiriblər.

Həyata keçirilən iməcilik işləri zamanı Gəncəçay çayının məcrası məişət və digər tullantılardan təmizlənib. Yığılan tullantılar xüsusi avtomobillər vasitəsilə ərazidən daşınıb.

Gəncəçay çayının sol sahilində, M.Bürcəliyev küçəsində yerləşən parkda da təmizlik və abadlıq işləri görülüb. Parkın ərazisi qurumuş ot və yarpaqlardan təmizlənib, burada olan yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibləri bellənib, yeni ağac və gül kolları əkilib. Şair-dramaturq Abbas Səhhətin park ərazisində olan məzarının ətrafı abadlaşdırılıb.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik və Yaşıllaşdırma şöbələrinin əməkdaşları şəhərin digər ərazilərində də analoji işlər aparıblar. Belə ki, küçə və prospektlərdə olan dayanacaqlar xüsusi avadanlıqlarla yuyulub, yaşıllıqlar nizama salınıb.
Bu xəbər oxucular tərəfindən 673 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed