Şrift:
“Jurnalistika kursu”nun tələbələrinə Həmrəylik Gününün əhəmiyyəti barədə məlumat verilib
27.12.2021 [10:04] - Gündəm, Sosial
Dekabrın 26-da Gürcüstanda “Aktual media” - aktual.ge portalının təşkil etdiyi “Jurnalistika kursu”nun birinci mərhələsi başa çatıb.

Həmin gün dərslər Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.

Seminar məşğələdə kursun müəllimi, Xətayi Əzizov, "Aktual media" - aktual.ge portalının direktoru İlkin Hüseynov mövzu ilə bağlı çıxış edib, tələbələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibətilə təbrik edib, həmrəylik gününün tarixi əhəmiyyəti barədə məlumat veriblər.

Bildirilib ki, Azərbaycanın hüdudlarından kənarda yaşayan milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət mərkəzində saxlayır.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan ətrafında birləşən diaspor təşkilatları dünyanın 50-yə yaxın ölkəsində, o cümlədə Gürcüstanda yaşayan soydaşlarımız yüzlərlə tədbir, mitinq və yürüş keçiriblər.

Gürcüstanda yaşayan soydaşlarımız birlik və həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinə və Prezidentinə daim dəstək nümayiş etdiriblər.
Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed