Şrift:
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Tbilisidəki 64 saylı ictimai məktəbdə qeyd edilib
28.12.2021 [10:03] - Xəbərlər, Sosial
Tbilisidəki 64 saylı ictimai məktəbdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə konsert təşkil olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, ziyalılar, məktəblilər iştirak ediblər.

Səfirliyin müşaviri Eldar Bayramov çıxış edərək Həmrəylik Günü barədə məlumat verib, məktəbin kollektivini və şagirdləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Məktəbin müəllimi, “Ceyran” milli rəqs qrupunun rəhbəri Ceyran Qurbanova da məktəbliləri təbrik edib.

Sonra “Ceyran” rəqs qrupunun üzvləri Azərbaycan və gürcü milli rəqslərini ifa ediblər.

Məktəblilərin rəqs nümunələri alqışlarla qarşılanıb.

Sonda rəqqasələrə hədiyyələr təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed