Şrift:
Şamaxıda şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil olunub
28.12.2021 [10:06] - Xəbərlər, Sosial
Şamaxıda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib.

”Şirvangöl” şadlıq evində keçirilən, 50 nəfərədək fidanın qatıldığı bayram şənliyində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhid ailələri, müharibə veteranları iştirak ediblər. Tədbirdə çıxış edən deputat Tamam Cəfərova 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb, şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanıldığını və onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıb.

Bayram şənliyində uşaqlar üçün əyləncəli oyunlar təşkil edilib, Yeni ilin rəmzi olan Şaxta baba onlara hədiyyələr paylayıb.
Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed