Şrift:
Yaponiya paytaxtına yağacaq güclü qar səbəbindən 180-dən çox aviareys təxirə salınıb
10.02.2022 [10:31] - Gündəm, Bildiriş
Yaponiyanın paytaxtı Tokioya yağacağı proqnozlaşdırılan güclü qar səbəbindən “Haneda” aeroportundan 180-dən çox aviareys təxirə salınıb.

“JR East” dəmir yol şirkəti də Tokionu Naqano və Yamanaşi prefekturaları ilə birləşdirən sürətli “Shinkansen” qatarlarının hərəkətini dayandırıb. Həm aviaşirkətlər, həm də dəmir yolu şirkəti sərnişinlərdən son məlumatları diqqətlə izləməyi xahiş edirlər.

Bununla yanaşı, Yaponiya paytaxtının ödənişli sürətli yollarının bağlandığı da qeyd edilir. Bildirilir ki, həmin yolların buz bağlaması nəqliyyatın hərəkətində böyük problemlər yarada bilər.

Sinoptiklərin proqnozlarına görə, Tokioya 5 santimetr, Yamanaşi prefekturasına isə 30 santimetrədək qar yağacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 5132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed