Şrift:
Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr edilən beynəlxalq konfransa məqalə qəbul olunur
10.02.2022 [10:45] - Xəbərlər, Mədəniyyət
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa məqalə qəbulu davam edir.

Ədəbiyyat Muzeyindən bildirilib ki, məqalə qəbulu aprelin 15-dək aparılır.

Konfrans “Xurşidbanu Natəvanın mühiti, həyatı, ədəbi-mədəni irsi”, “Azərbaycanda və Yaxın Orta Şərqdə ədəbi və musiqili məclislər ənənəsi”, “Qarabağın ədəbi-mədəni irsi bölgədə və Azərbaycan ətrafında cərəyan edən tarixi ictimai-siyasi proseslərin kulturoloji salnaməsi kimi”, “Tarixi məzmunlu “Qarabağnamə”lər və ədəbi abidələrdəki Qarabağ həqiqətləri”, “Yaxın və Orta Şərq ədəbi-mədəni mühiti və tarixi-siyasi proseslərdə yaradıcı və ictimai fəal qadınların yeri”, “Milli dövlətçilik ənənələri kontekstində Azərbaycan xanlıqları və Qarabağ xanlığı” mövzularını əhatə edir.

Məqalənin tərtib olunması qaydaları və şərtləri ilə Ədəbiyyat Muzeyinin səhifəsində tanış olmaq mümkündür. Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlər edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Xatırladaq ki, Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans iyunun 14-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed