Şrift:
Türkiyə nümayəndə heyəti İsrail rəsmiləri ilə görüşüb
18.02.2022 [10:18] - Xəbərlər, Siyasət
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti İsrailin Rəyasət Heyətinin və Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşüb.

Anadolu Agentliyinə istinadla xəbər verir ki, İsrail səfəri çərçivəsində Türkiyə nümayəndə heyəti İsrailin xarici işlər naziri Alon Uşpiz, İsrail Prezident Aparatının baş direktoru Eyal Şviki və bu qurumların yüksək vəzifəli şəxsləri ilə görüşüb.

Görüşlər zamanı bildirilib ki, İsrail Prezidenti İsaak Hersoqun Türkiyə səfərinə hazırlıqları, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Qeyd olunub ki, İsrail Prezidenti iki ölkə rəsmiləri arasında keçirilən görüşə qısa müddətli qatılaraq Türkiyə nümayəndə heyətini salamlayıb.
Bu xəbər oxucular tərəfindən 234 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed