Şrift:
Rusiya və Türkmənistan arasında VI Xəzər Sammitinə hazırlıq məsələləri müzakirə edilib
18.02.2022 [10:20] - Xəbərlər, Siyasət
Rusiya və Türkmənistan xarici işlər nazirləri Sergey Lavrov və Rəşid Meredov bu il keçiriləcək VI Xəzər Sammitə hazırlıq məsələlərini müzakirə ediblər.

Telefon danışı zamanı tərəflər ikitərəfli münasibətlərin aktual istiqamətlərini müzakirə ediblər.

Türkmənistanda cari il oktyabr və noyabr aylarında Xəzəryanı dövlətlərin başçılarının VI Zirvə görüşü və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başçılarının 15-ci yüksək səviyyəli görüşü keçiriləcək.

Qeyd edək ki, Türkmənistan ikinci dəfə Xəzəryanı dövlətlərin başçılarının sammitini keçirməyə hazırlaşır. 2018-ci il avqustun 12-də Aktauda (Qazaxıstan) keçirilən son görüşdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıblar.
Bu xəbər oxucular tərəfindən 199 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed