Şrift:
Yaponiyanın Baş naziri Rusiya Prezidenti ilə Ukrayna ətrafında vəziyyəti müzakirə edib
18.02.2022 [10:28] - Xəbərlər, Siyasət
Yaponiyanın Baş naziri Fumio Kişida fevralın 17-də yerli vaxtla axşam saatlarında Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna ətrafında vəziyyəti müzakirə edib.

Telefon danışığından sonra Baş nazir jurnalistlərə Rusiya Prezidentinə Ukrayna ətrafında vəziyyətlə bağlı narahatlığını çatdırdığını bildirib.

“Mən Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ətrafında vəziyyəti diqqətlə izlədiyimizi və ciddi narahat olduğumuzu dedim. Onu status-kvonun güc yolu ilə dəyişdirilməsinə yox, diplomatik danışıqlar yolu ilə bütün maraqlı tərəfləri qane edən qərar qəbul etməyə çağırdım”, - deyə Baş nazir qeyd edib.

F.Kişidanın bildirdiyinə görə Rusiya Prezidenti ilə o, Yaponiya-Rusiya münasibətləri və Ukrayna problemi də daxil olmaqla digər beynəlxalq məsələlər barədə dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Baş nazir əlavə edib ki, Yaponiya gərginliyi azaltmaq üçün beynəlxalq ictimaiyyət, xüsusən də G7 ölkələri ilə diplomatik səyləri davam etdirəcək.
Bu xəbər oxucular tərəfindən 213 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed