Şrift:
Avstriyalı iş adamları Qarabağ həqiqətləri ilə tanış olub
30.03.2022 [09:54] - Gündəm, Siyasət
Avstriyalı iş adamları Qarabağ həqiqətləri ilə tanış olublar.

Bunu özünün tvitter səhifəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yazıb.

“Azərbaycanın Avstriyadakı Səfirliyinin təşkilatçılığı ilə Vyanada Avstriyanın iş adamları üçün təşkil olunan işgüzar nahar görüşündə iştirak etdik. Görüşdə əməkdaşlıq perspektivlərinin müzakirəsi aparıldı və Qarabağ həqiqətləri ilə tanışlıq baş tutdu”, -deyə Emin Huseynov bildirib.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed