Şrift:
Fransada keçirilən prezident seçkilərində Emmanuel Makron liderlik edir
25.04.2022 [08:37] - Xəbərlər, Siyasət
Fransanın hazırkı prezidenti Emmanuel Makron dövlət başçısı postuna seçkilərinin ikinci və həlledici turunda liderlik edir.

BFMTV telekanalına istinadla xəbər verir ki, seçki məntəqələrindən daxil olan ilkin məlumatlara görə, Emmanuel Makron 57,6 faiz, onun rəqibi, ifrat sağ təmayüllü “Milli Birlik” partiyasının lideri Marin Le Pen isə 42,4 faiz səs toplayıb.

Səsvermə yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00-da) başa çatıb.

Fransa Konstitusiya Məhkəməsi seçkilərin rəsmi nəticələrini aprelin 27-də elan edəcək.
Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed