Şrift:
Slovakiyada dövlət müstəqilliyinin 30 illiyi qeyd edilir
18.07.2022 [06:04] - Xəbərlər, Siyasət
Slovakiyada “Suverenlik Bəyannaməsi”nin 30 illik yubileyi qeyd edilir.

1992-ci il iyulun 17-də Çexoslovakiyanın tərkib hissəsi olan Slovakiya parlamentinin qəbul etdiyi sənəd ölkənin dövlət müstəqilliyinin əsası sayılır. Məhz bu sənədin qəbulundan sonra Çexoslovakiyanın hərbi münaqişə baş vermədən parçalanması prosesi sürətlənmiş və Çexoslovakiyanın dövlət başçısı Vatslav Havel vəzifəsindən istefa verib.

Bu aktın qəbulundan təxminən yarım il sonra Çexiya və Slovakiya iki müstəqil dövlətə çevrilib. Slovakiyanın Baş naziri Eduard Heqer bildirib ki, 90-cı illərin əvvəlində ölkə cəmiyyətində ab-hava olduqca gərgin idi, ölkədə millətçilik tendensiyaları və çexlərə qarşı nifrət artırdı. Lakin dinc yolla iki dövlətin yaranması bu xalqlar arasında yadlaşmaya gətirib çıxarmadı, əksinə, hər iki ölkə arasında əlaqələr yüksək səviyyədə inkişaf edib. Hazırkı perspektivdən geri baxdıqda 30 il bundan əvvəl dövlətlərin müstəqilliyə doğru atdığı addımın düzgün qərar olduğu bir daha təsdiqini tapır.
Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed