Şrift:
Volodimir Zelenski hökumətdə kadr dəyişikliyi aparıb
18.07.2022 [06:15] - Xəbərlər, Siyasət
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin(UTX) rəhbəri İvan Bakanovu və Baş prokuror İrina Venediktovanı vəzifəsindən uzaqlaşdırıb.

Bu barədə Ukrayna Prezidentinin müvafiq fərmanlarına istinadən xəbər verir.

Belə ki, V.Zelenski İ.Venediktovanı vəzifəsindən uzaqlaşdıraraq Baş prokuror vəzifəsini onun müavini Aleksey Simonenkoya tapşırıb.

Prezident digər sərəncamla Ukrayna Silahlı Qüvvələrinin İntizam nizamnaməsi əsasında İ.Bakanovu UTX-nin rəhbəri vəzifəsindən kənarlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed