Şrift:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşlarla görüşəcək
08.09.2022 [07:34] - Xəbərlər, İslam dini
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 14-də Kürdəmir, Ucar, Göyçay, Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Komitənin saytına istinadla xəbər verir ki, qəbul Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: İlham Qəribov

Əlaqə vasitələri: (050) 899 88 54, (020) 213 05 78

chairman@scwra.gov.az , dk-ucar@scwra.gov.az
Bu xəbər oxucular tərəfindən 7298 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed