Şrift:
Son sutkada Azərbaycanda koronavirusa 47 yoluxma faktı qeydə alınıb
05.12.2022 [10:21] - Gündəm, Sağlıq
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 47 yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusa yoluxma halı ilə əlaqədar ölüm hadisəsi qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 min 499 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 247 nəfər müalicə olunaraq sağalıb, 9983 nəfər vəfat edib. Aktiv xəstə sayı 269 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1849, bu günə qədər isə ümumilikdə 7 milyon 382 min 375 test icra olunub.
Bu xəbər oxucular tərəfindən 1336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed