Şrift:
Azərbaycanda 129 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb
22.12.2022 [10:45] - Gündəm, Sağlıq
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 90 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 825 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 034 nəfər müalicə olunaraq sağalıb, 9 999 nəfər vəfat edib, aktiv xəstə sayı 623 nəfərdir.

Ölkədə son sutka ərzində 2 707, hazırkı dövrədək isə 7 412 931 test aparılıb.
Bu xəbər oxucular tərəfindən 1589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed