Şrift:
Pentaqonun sənədlərinin sızması ilə bağlı Ağ Evin heç bir versiyası yoxdur
11.04.2023 [10:30] - Siyasət
ABŞ səlahiyyətliləri hələ ki, məxfi sənədlərin necə sızması ilə bağlı yekdil fikrə gəlməyiblər.

Bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

İnternetə daxil olan bəzi sənədlərin redaktə edildiyini vurğulayarkən Kirbi "biz hələ işlək bir nəzəriyyəyə gəlməmişik" deyib.

Söhbət aprelin 6-da və 8-də baş verən Pentaqonun iki böyük məxfi sənədinin bir anda sızmasından gedir. Sənədlərdə Ukrayna ordusunun hazırkı vəziyyəti, ABŞ və NATO-nun Ukrayna Silahlı Qüvvələrinin mövqelərini gücləndirmək planları barədə məlumatlar yer alır.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed