Şrift:
Sankt-Peterburqda Rusiya-Ermənistan-Azərbaycan baş prokurorlarının görüşü keçirilib
16.06.2023 [10:34] - Gündəm, Siyasət
Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya-Ermənistan-Azərbaycan baş prokurorlarının üçtərəfli görüşü keçirilib.

Bu barədə Rusiya Baş Prokurorluğunun saytı məlumat yayıb.

Bildirilib ki, üçtərəfli görüşdə çıxış edən Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov görüşün ötən yüzillikdə bir çox taleyüklü qərarların qəbul olunduğu Tavrida sarayında keçirilməsi uğur üçün hər cür şans verdiyini qeyd edib.

Tədbir 2021-ci ildən bəri analoji formatda keçirilən beşinci görüş olub. Rusiya-Ermənistan-Azərbaycan Baş prokurorlarının üçtərəfli görüşü 2022-ci ilin dekabrında Moskvada keçirilib və bu görüş zamanı Rusiya, Ermənistan və Azərbaycan prokurorluqlarının rəhbərləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Peşəkar dialoqun davam etdirilməsi üçün qarşılıqlı hazırlığı yüksək qiymətləndirən İqor Krasnov gələcək əməkdaşlığın qurulmasına konstruktiv yanaşmaya görə hər iki tərəfə təşəkkür edib.

“Bildiyiniz kimi, bir aydan az müddət əvvəl dövlətlərimizin başçılarının növbəti görüşü baş tutub. Azərbaycan, Ermənistan və Rusiya liderləri sərhəd bölgəsinin həyat təminatının normallaşdırılması ilə bağlı bir sıra aktual məsələlər üzrə qarşılıqlı məqbul həllərin işlənib hazırlanması barədə razılığa gəliblər. Bununla əlaqədar olaraq, mən daimi təmasları davam etdirməyimizi, regionda sülhün, təhlükəsizliyinin və davamlı iqtisadi inkişafının təmin edilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin sabitləşdirilməsi vəzifələrinin yerinə yetirilməsi üçün əldə edilmiş razılaşmaların həyata keçirilməsi kursunu izləməyimizi son dərəcə vacib hesab edirəm”, deyə Krasnov vurğulayıb.

Rusiya baş prokuroru qeyd edib ki, bu cür tədbirlər hətta ən çətin vəzifələrin də sivil həll yolunun bariz nümunəsidir, asayişin bərpası, mülki əhalinin həyatının normallaşdırılması və təhlükəsizliyə təhdidlərin yaranmasının qarşısının alınması məqsədlərinə nail olunmasına töhfə verir. Bununla əlaqədar, mən bütün insan hüquqlarının müdafiəsi üzrə prokuror potensialından istifadə edərək, ilk növbədə, vətəndaşların maraqlarına diqqət yetirməklə, hərəkətlərimizi daha da sinxronlaşdırmağı təklif edirəm. Şəxsən mən və bütün tabeliyimdə olan şəxslər, o cümlədən sərhədyanı ərazilərdə dislokasiya olunmuş hərbi prokurorlar Azərbaycan və Ermənistan tərəfləri arasında konstruktiv qarşılıqlı fəaliyyəti təmin etmək üçün bundan sonra da lazımi köməklik göstərəcəyik. Eyni zamanda, gərginliyin artmasının qarşısının alınmasını əsas vəzifə kimi görürəm. Əminəm ki, birgə səylərlə biz regionun ahəngdar inkişafı təhlükəsiz şərait və orada yaşayanların hamısı üçün layiqli həyatyarada biləcəyik”.
Bu xəbər oxucular tərəfindən 828 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed