Şrift:
Azərbaycanda kənd təsərrüfatında ümumi məhsul dəyəri açıqlanıb
16.06.2023 [10:37] - Gündəm, İqtisadiyyat
2023-cü ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 116,0 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu məbləğin 2372,3 milyon manatı heyvandarlıq, 743,7 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə 10,9 faiz artıb.

2023-cü ilin yanvar-may aylarında 341,8 min hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz az yazlıq bitkilərin səpini aparılıb.
Bu xəbər oxucular tərəfindən 1046 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed