Şrift:
Mobil cihazlarda zəlzələ bildirişlərini necə açmaq olar?
04.07.2023 [10:01] - Gündəm
Bildirdiyimiz kimi Xəzər dənizində, Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Belə hadisələr fonunda insanlar arasında tez zamanda zəlzələlərdən xəbərdar olmaq istəyi müşahidə olunur.

Beləliklə, Andorid platformalı mobil cihazlardan istifadə edən şəxslər çox sadə üsulla zəlzələ barədə xəbərdarlıq ala bilərlər.

Bunun üçün istifadəçiyə mobil cihazında "sazlamalar (parametrlər)” >>> "təhlükəsizlik və fövqalədə hal” >>> "zəlzələ bildirişləri” >>> "aktiv edin” instruksiyanı etmək kifayətdir.

Bundan sonra maqnitudası 4,5 bal üzəri olan zəlzələlər barədə bildiriş saniyələr öncə gəlməlidir.
Bu xəbər oxucular tərəfindən 480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed