Şrift:
Neftin qiyməti ucuzlaşır
10.07.2023 [10:07] - Gündəm, İqtisadiyyat
Neftin dünya üzrə qiymətləri cümə günü əhəmiyyətli artımdan sonra təxminən 0,5% ucuzlaşıb.

Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,59% ucuzlaşaraq bir barel üçün 78,01 dollara, WTI markalı neftin avqust fyuçersləri isə 0,65% azalaraq 73,38 dollara düşüb.


Cümə günü Brent markalı neftin qiyməti 2,55%, WTI isə 2,87% bahalaşıb. Bazarlar bu növ xammalın çıxarılması perspektivlərini qiymətləndirdi. Səudiyyə Ərəbistanı keçən həftə könüllü olaraq hasilatın sutkada 1 milyon barrel azaldılmasını avqust ayına qədər uzadacağını açıqlamışdı. Bundan əlavə, Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya avqust ayında neft ixracını gündəlik 500 min barel azaldacaq.
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed