Şrift:
Rusiya Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndirir - Peskov
11.07.2023 [10:02] - Siyasət
Rusiya idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib və Azərbaycan rəhbərliyinin oxşar mövqeyini yüksək qiymətləndirir.

Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

Qeyd edək ki, Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclasının yekunlarına əsasən, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları ilə bağlı Xüsusi Bəyannamə qəbul edilib.

Qəbul edilmiş sənəddə Qoşulmama Hərəkatına üzv ölkələr “2024-cü ildə Parisdə siyasi cəhətdən neytral Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsini gözləyirlər”.
Bu xəbər oxucular tərəfindən 641 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed