Şrift:
İtaliyada anomal istilərə görə “qırmızı” xəbərdarlıq elan edilən şəhərlərin sayı artıb
18.07.2023 [10:06] - Gündəm
İtaliya Səhiyyə Nazirliyi ölkədə müşahidə olunan anomal istilər səbəbindən “qırmızı” xəbərdarlıq elan edilən şəhərlərin sayını artırıb.
İyulun 18-də paytaxt Roma daxil olmaqla 20 şəhərdə, iyulun 19-da isə 23 şəhər üçün “qırmızı” xəbərdarlıq elan olunub.

Beləliklə, ölkənin 27 böyük şəhərindən əsasən mərkəz və cənub bölgələrindəki 23 şəhərdə havanın temperaturunun maksimum həddə çatacağı gözlənilir.

Paytaxt Romada iyulun 17-də havanın temperaturu 40 dərəcəyə yüksəlib. İyulun 18-də isə paytaxtda havanın temperaturunun 42-43 olacağı və cari ilin ən yüksək səviyyəsinə çatacağı gözlənilir. Siciliya və Sardiniya adalarında temperaturun 47-48 dərəcəyə yüksələcəyi bildirilib.

Mütəxəssislər anomal istilərin təkcə yaşlılar, klinik cəhətdən həssas insanlar və uşaqlar üçün deyil, bütün əhali üçün təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər. Əhaliyə saat 11:00-18:00-dək zərurət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olunub.

Ölkənin bəzi bölgələrində həddindən artıq istilər səbəbindən meşə ərazilərində yanğınların baş verə biləcəyi ilə bağlı xəbərdarlıqlar edilib.
Bu xəbər oxucular tərəfindən 261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed