Şrift:
Avropa alovlar içindədir
19.07.2023 [09:59] - Gündəm
Avropanın dörd bir yanından yanğın xəbərlərinin ardı-arası kəsilmir.
Yunanıstanın paytaxtı Afinanın ardınca İsveçrə və İspaniyada da meşə yanğınları başlayıb. Mütəxəssislərin fikrincə, temperaturun 50 dərəcəyə çatdığı Avropa üçün bu hələ ən pis ssenari deyil.

Son 2 gündə irili-xırdalı 100-dən çox meşə yanğını səbəbindən yüzlərlə insanın təxliyyə edildiyi Yunanıstanda yanğın paytaxt Afina ətrafındakı yaşayış məntəqələrinə çatıb. İspaniyada havanın temperaturu 44,8 dərəcəyə çatdığı halda, İtaliyada bu göstəricinin 46 dərəcəyə çatacağı gözlənilir. Həmçinin İsveçrə və Kanar adalarında baş verən yanğınlar səbəbindən yerli əhali çətin günlər yaşayır.

Xatırladaq ki, ötən il Avropada 60 min insan istidən dünyasını dəyişib. Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) Avropa qitəsi başda olmaqla dünyanın müxtəlif bölgələri üzrə yeni temperatur rekordlarının gözlənildiyini açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed