Şrift:
Şahin Mustafayevə yeni vəzifə həvalə edilib
19.07.2023 [10:07] - Gündəm
Prezident İlham Əliyev “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:

“Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1066) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. “Azərbaycan Respublikası Baş nazirinin müavini” sözlərindən əvvəl “Şahin Mustafayev –” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri”.

3. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri” abzasının sonundan nöqtə işarəsi çıxarılsın və həmin abzasdan sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri.”.
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed