Şrift:
Səudiyyə Ərəbistanın naziri: Krallıq Azərbaycan və Mərkəzi Asiya ölkələrinə investisiyalar qoymaqda davam edəcək
21.07.2023 [12:20] - İqtisadiyyat
Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan və Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinə investisiyalar qoyur və bu proses gələcəkdə də davam edəcək.

Bu fikirləri Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Əl-Fəlih Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlər və Mərkəzi Asiya ölkələri liderlərinin sammitində çıxışında söyləyib. O qeyd edib ki, Krallıq 14 əsr müddətində dini dəyərlərlə bir-birinə bağlı olan müsəlman ölkələri ilə iqtisadiyyat, o cümlədən neft-qaz və bərpa olunan enerji istehsalı üzrə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir. Nazir vurğulayıb ki, “ACWA Power” kompaniyası Azərbaycanda mühüm layihələr həyata keçirir, habelə Qırğızıstan və Qazaxıstan üzrə əməkdaşlıq strategiyası hazırlayıb.

Səudiyyəli nazir qeyd edib ki, Krallığın tibb, turizm və kənd təsərrüfatı kompaniyaları Özbəkistan, Qazaxıstan və Qırğızıstanda müvafiq birgə layihələr həyata keçirəcək. “Dost İslam ölkələri ilə sosial-iqtisadi sahələrdə əməkdaşlıq bizim üçün prioritetdir”, -deyə Xalid Əl-Fəlih vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed