Şrift:
Fransa hökumətinin yeni tərkibi açıqlanıb
21.07.2023 [12:23] - Siyasət
Fransa hökumətinin yeni tərkibi açıqlanıb.

Elizabet Born Fransa Baş naziri vəzifəsində qalıb. Bir çox siyasətçilər bunu Fransa Prezidentinin bu vəzifəyə namizəd tapa bilməməsi ilə əlaqələndiriblər. Yeni hökumət əvvəlkindən çox da fərqlənmir. Səhiyyə və təhsil nazirləri, sosial və həmrəylik üzrə dövlət katibi vəzifələrinə yeni təyinatlar olub. Hökumətin digər üzvləri öz funksiyalarını davam edəcəklər.

İyulun 21-də Prezident Emmanuel Makronun sədrliyi ilə Yelisey sarayında yeni hökumətin üzvləri ilə ilk iclasın keçiriləcəyi gözlənilir.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed